HDP-li sədrin PKK-lı oğlu öldürüldü

Baxış sayı:
4822

Türkiyədə Adıyamanın Kömür mahalında 15 avqustda əməliyyata gedən zirehli maşının keçidi zamanı terrorçuların yola döşədiyi əl istehsalı partlayıcının partladılması nəticəsində 4 əsgərin şəhid olduğu hadisələrdən sonra 8 nəfər saxlanılıb. Nəzarətə alınan HDP-nin Gerger rayon rəhbəri Mahmud Özdəmirin cibindən "Top qol oldu 15 avqust ikinci yer" adlı qeyd çıxmışdı. Dünən isə Kömür kəndində zərərsizləşdirilən 2 PKK-lı terrorçudan birinin Özdəmirin oğlu Soreş Semsur kod adlı Murad Özdəmir olduğu ortaya çıxıb.


 
“Sabah” qəzetinin xəbərinə görə, Özdəmirin Roza Semsur kod adından istifadə edən qızı Suna Özdəmir də 2011-də Hakkaridə öldürülmüşdü. Özdəmirin PKK-lı qayını Seyid Əhməd Özdəmir ilə qardaşı oğlu Mehmet Özdəmir və 4 qohumunun da müxtəlif əməliyyatlarda öldürüldüyü müəyyən olunub. Özdəmirin qardaşı təşkilat üzvü Şeyxmus Özdəmirin də ölkə xaricinə qaçaraq İsveçrəyə yerləşdiyi müəyyənləşdirilib.
 
FOTO QAPANA YAXALANDILAR
 
PKK-lı terrorçular Murad Özdəmir və Yusif Tunc öldürülməzdən bir neçə saat əvvəl foto qapana yaxalanıblar. İki terrorçu foto qapana yaxalandıqdan sonra əməliyyat keçirilib. Nəticədə hər iki terrorçu öldürülüb.
Müxalifət.az