HDP-li başqanı terrorçubaşı Karayılanla fotoları ələ verdi

Baxış sayı:
3919

Türkiyənin Batman vilayətində PKK-ya qarşı keçirilən əməliyyatda, nəzarətə alınan HDP rayon təşkilatının sədri Nizamettin Toğuç da həbs olunub. Toğuçun PKK-nın terrorçubaşı Murad Karayılanın da aralarında olduğu bir çox terrorçularla dağda çəkilmiş fotoşəkilləri ortaya çıxıb.
 
DAĞDA TERRORÇULARLA FOTOŞƏKİL ÇƏKDİRMİŞ
 
Toğuçun terror təşkilatının terrorçubaşı Murad Karayılan, terror təşkilatının Rusiya üzrə nümayəndəsi Dərya Koçgiri kod adlı Naciyə Alışqan və təşkilatın söz daşıyıcısı Yaşar Bozanın da aralarında olduğu terrorçularla dağda çəkilmiş fotoşəkilləri ortaya çıxıb.

Qeyd edək ki, Daxili işlər Nazirliyi, 6 oktyabrda terror təşkilatı PKK/KCK-ya qarşı 6 rayonda təşkil olunan eyni zamanda həyata keçirilən əməliyyatda, HDP-nin Batman rayon təşkilatının sədri Nizamettin Toğuçun da aralarında olduğu 49 adamın nəzarətə alındığını bildirmişdi.
Müxalifət.az