​Əhəd Abıyev orta məktəbdə RƏQS ETDİ - FOTO

Daşkəsən rayonunda 15 sentyabr yeni dərs ilinin başlanması – “Bilik günü” münasibəti ilə rayon ərazisində yerləşən 42 nömrəli ümumtəhsil məktəbində tədbirlər keçirilib.
Həmin tədbirlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri valideynlərlə birgə yaxından iştirak ediblər.
Yeni dərs ilinin ilk günü Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə də təntənəli şəkildə qeyd olunub. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev də iştirak edib.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ölkəmizdə məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsaitin ildən-ilə artmasından danışıb:
“Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır. Həmin siyasət bu gün möhtərəm Prezident çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilir.
Ölkə Başçısının təhsilə olan qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Təkcə son illərdə Quşçu, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi, bir çox təhsil müəssisələrinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur.Rayonumuzda təhsilin inkişafı, son illərdə tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Daşkəsən rayonunda təhsilin inkişafı üçün atılan addımlar görə Təhsil naziri hörmətli Mikayıl Cabbarova daşkəsənlilər adından təşəkkürümüzü bildiririk. Bu gün burada Sizinlə “Bilik günü” bayramında iştirak etmək, Sizin sevincinizə şərik olmaq mənim üçün şərəflidir, qürurvericidir. Əlvan geyimli bir-birindən gözəl şagirdlərimiz görürəm. Əminəm ki, yay tətilindən qayıdan şagirdlərimiz yeni biliklər əldə etməyə tələsirlər.
Ölkəmizin gələcəyi olan əziz şagirdlərimiz bu tədris ilində də müəllimlərin təlim-tərbiyəsi altında ötən illərdə öyrəndikləri bilik və bacarıqların üzərinə yenilərini əlavə edəcəklər. Bunun üçün, əlbəttə, səylə oxumaq, müəllimlərin dediklərinə əməl etmək, tapşırıqları müstəqil yerinə yetirmək lazımdır. Ümumiyyətlə, hər bir şagird düşünməlidir ki, onun vəzifəsi yaxşı oxumaq, ölkəmizin gələcəyi üçün bilikli, bacarıqlı, ağıllı və məsuliyyətli böyüməkdir”(publika.az).