HƏBS OLUNDUĞU DEYİLƏN DEKAN “Facebook”da status yazdı

Baxış sayı:
3283

Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı Əmir Əliyev işdən çıxarılması və həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib.
Bu barədə "Facebook" səhifəsində status yazaraq, məlumatları yalanlayıb.
“Mənim haqqımda tamamilə yalan və iftira xarakterli informasiyalar yayılıb. İlk növbədə bildirirəm ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində iş başındayam. Həmişə Azərbaycan dövlətinə və xalqına xidmət etmişəm və bundan sonra da edəcəyəm” – Ə.Əliyev yazıb./AzVision