​Həbs edilən Savçenko ukraynalılara MÜRACİƏT ETDİ

Baxış sayı:
5206

Ukrayna Ali Radasının həbs edilmiş deputatı Nadejda Savçenko ölkənin siyasi sisteminin dəyişdirilməsi üçün geniş bir plan tərtib edib.
Muxalifət.az xəbər verir ki, planın mətni Savçenkonun Feysbuk hesabında yayımlanıb.
Savçenko Ukrayna əhalisinin siyahıya alınmasını, yaşayış məntəqələrinin pasportlaşdırılmasını və ehtiyatların inventarlaşdırılmasını, habelə seçki sisteminin dəyişdirilməsinə başlamağı təklif edib.
Deputat sakinlərin birbaşa regional polis rəhbərləri və məhkəmə sədrlərini seçə biləcəyi məhkəmə və hüquq-mühafizə sistemlərinin strukturunu təsvir edib.
Savçenko ölkənin 120-150 min əhalisi olan yeni inzibati vahidlərə bölünməli olduğunu da bildirib.
Qeyd edək ki, Nadejda Savçenko Ali Radada terakt törətməyə cəhddə ittiham olunaraq həbs edilib.