Həbib UFC prezidentini HƏDƏLƏDİ: “Sənin bəxtin gətirdi, yoxsa…” - FOTO

Baxış sayı:
3979

Rusiya KİV-ri xəbər verir ki, döyüçmü Uayta ünvanlanmış mesajını “İnstaqram”da dərc edib.
Həbib Nurməhəmmədov qeyd edib ki, Uayt mükafatı verməsəydi, UFC prezidentinin avtomobilini sındıra bilərdir.
“Deyna Uayt, bəxtin gətirdi ki, kəməri mənə verdin, yoxsa sənin avtomobilini əzəcəkdim. Mən sənin avtomobilinin harada olduğunu bilirəm”, - idmançı yazıb.
Uayt isə cavabında “yıxılana qədər güldüyünü” bildirib. O, hər şey haqqında Həbibin atasına danışacağına söz verib.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.
Təkbətək döyüşün tamamlanmasından dərhal sonra Rusiya idmançısı rinqdən kənarda mübahisə edib və azarkeşlərin üzərinə hücum edib. Polis davanı dayandırmağı bacarıb.

Dünən isə Deyna Uayt bildirib ki, Həbib Nurməhəmmədova qazandığı mükafat tam ölçüdə ödənilməyəcək.
“O, bütün məbləği götürə bilməyəcək. Həbib öz çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Ehtimal ki, bu, 4-6 ay müddətlik olacaq”, - o deyib.
Qeyd edilir ki, həmçinin rusiyalı ABŞ ərazisində döyüşlər keçirə bilməyəcək və başqa ölkələrdə yarışlara dəvət edilməyəcək.
Qeyd edək ki, Həbib Nurməhəmmədov qələbəyə görə 2 milyon dollar almalı idi. Uayt qeyd edib ki, idmançının 250 min dollar cərimə olunacağı gözlənilir./publika/