​Həbib tərəfindən döyülən məşqçi erməni imiş - VİDEO

Baxış sayı:
5902

UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dillon Danis ermənidir. 
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, Danis 1993-cü il avqustun 22-də Nyu-Cersidə anadan olub.
2016-cı ildən Makqreqorun məşq komandasına rəhbərlik edir. 
"Çoxları bilmir, ancaq mən erməniyəm. Mən fəxr edirəm ki, bu ölkəni təmsil edirəm", - Danis hələ 2016-cı ildə deyib.
Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib. 
Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Dillon Danisi onun dinini təhqir etdiyinə görə döyüb.