Havada yox olan F-35 təyyarəsi tapıldı

Baxış sayı:
7714

Yaponiyada dünən axşam havaya qalxandan 30 dəqiqə sonra Böyük Okean üzərində yox olan F-35 tipli bir qırıcının qalıqları aşkar edilib. İngilis xəbər agentliyi “Reuters” qalıqların 1500 metr dərinlikdə olduğunu açıqlayıb.
 
ABŞ-dan bir ildən az bir müddət əvvəl alınan təyyarənin qəza səbəbi bilinməzkən, təyyarənin pilotunun da yox olduğu bildirilib. Yaponiya Hərbi Hava Qüvvələri müvəqqəti olaraq inventarındakı 12 ədəd F-35-in uçuşlarını dayandırıb.
Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, çərşənbə axşamı Misawa şəhərindəki bir bazadan havaya qalxan təyyarə yerli vaxtla 19.27-də radardan itiv. Pilotun əlaqə kəsilmədən əvvəl qurğuya siqnal göndərdiyi açıqlanıb.
Daha sonra dənizdə başlanılan axtarış xilas etmə işlərində təyyarənin qalıqları tapılıb.
 
PİLOT İTKİN DÜŞÜB
 
 40 yaşlarında olduğu bildirilən pilotun axtarış işləri davam edir.
Yaponiya televiziyası düşən təyyarədə daha əvvəl bir problem olmadığını bildirib.
 Müxalifət.az