Havada təhlükəli yaxınlaşma

Baxış sayı:
6043

Şimali Amerika Hava Müdafiə Komandanlığı (NORAD), çərşənbə axşamı günü Alyaska açıqlarında iki Amerikan F-22 Raptor təyyarəsinin, iki Rus TU-95 bombardman təyyarəsinə xəbərdarlıq etdiyini bildirib.
 
NORAD-dan məsələ ilə bağlı verilən yazılı açıqlamada, hadisənin Alyaskanın qərbində beynəlxalq hava məkanında baş verdiyi bildirilib. Rus təyyarələrinin ABŞ və Kanada hava sərhədindən içəri daxil olmadığı bildirilən açıqlamada, Rus təyyarələrinin qarşısını alma zaman iki bombardman təyyarənin ABŞ Hava Müdafiə Etmə Bölgəsi içində olduğu və bu sahənin Alyaskanın 200 dəniz mili açıqlarına qədər çatdığı bildirilib.
Qeyd edək ki, sentyabrın əvvəlində və ötən may ayında da oxşar şəkildə Alyaska açıqlarında Rus bombardman təyyarələrinin, ABŞ təyyarələri tərəfindən qarşısı alınmışdı. May ayındakı hadisədən sonra Amerika mediasına mövzu ilə bağlı dəyərləndirmələr aparan yüksək səviyyəli Pentaqon səlahiyyətliləri, söz mövzusu uçuşları "adi" və "təhdid yaratmayan uçuşlar" kimi təsvir etmişdi.
Ancaq ABŞ Konqresinin bəzi Respublikaçı üzvləri, Rus təyyarələrinin ABŞ sərhədinə bu qədər yaxın uçmasını “Amerika xalqına mesaj" kimi dəyərləndirmişdilər.
Müxalifət.az