Hava əməliyyatından sonra Türkiyədən İraqa sərt təpki

Baxış sayı:
2965

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hamid Aksoy TSQ-nin İraq torpaqlarındakı PKK ünsürlərinə qarşı təşkil etdiyi hava əməliyyatları və Türkiyənin Bağdaddakı səfiri Fatih Ulduzun İraq Xarici İşlər Nazirliyinə çağırılması haqqında nazirliyə yönəldilən bir suala yazılı cavab verib.
 
Aksoy İraqdan anlayış və konkret əməkdaşlıq gözlənildiyinə işarə edərək bunları qeyd edib:
"İraq rəhbərlərinin terrorla mübarizədə lazım olanı etmədiyi hallarda Silahlı Qüvvələrimiz PKK terror təşkilatının İraq torpaqlarından ölkəmizə yönələn hücumlarına Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn qanuni müdafiə hakkımıza əsaslanaraq cavab verməkdədir. Son olaraq TSQ tərəfindən 13 dekabr 2018-ci ildə İraqda Sincar və Karaca dağında terrorçu ünsürlərin yuvalandığı sahələrə təşkil edilən əməliyyatlarda PKK terror təşkilatına ağır zərbə vurulmuşdur. Əməliyyatlar zamanı mülki əhalinin zərər görməməsi üçün hər cür tədbir alınmışdır. Türkiyənin təhlükəsizlik ehtiyacları tələb və terror təşkilatları İraq torpaqlarında yuvalandıqları müddətcə terrorla mübarizə çərçivəsində bu əməliyyatlara davam edəcək."
Müxalifət.az