​Hansı ölkə hansı ölkəni təhdid olaraq görür?

Baxış sayı:
2068

"Reddit" tərəfindən hazırlanan xəritə ölkələrin ən böyük təhdid olaraq gördükləri ölkələri ortaya çıxarıb.
Qaynarinfo xəbər verir ki, 65 ölkədə aparılan araşdırma nəticələrini birləşdirən "Reddit" "Hansı ölkə hansı ölkəni ən böyük təhdid olaraq" görür" sualına cavab olaraq xəritə hazırlayıb.
Araşdırmanın nəticələrinə görə, dünyada ən böyük təhdid olaraq görülən ölkə ABŞ olub. Onları Pakistan və Çin izləyir.
ABŞ, Kanada və İngiltərə üçün ən böyük təhdid İran göstərilib. Türklərin seçimi də ABŞ olub.