“Əhaliyə verilən qaza qənaət edib, xarici öhdəlikləri yerinə yetiriblər” - Natiq CƏFƏRLİ

Baxış sayı:
2249

“Təbii qaz hasilatı 2,2% azalıb, ixracatı 12% artıb”
 
“2017-ci ildə ölkəmizin ən çox ixracat artımı nə pambıqda, nə də xiyar-pomidordadır. Ən böyük artım təbii qazdadır. Azərbaycan təbii qaz ixracını 12%, qaz ixracından gəlirlərini 23% artırıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
 
“Seçki yox, məsuliyyət yox, hesabatlılıq yox
 
Cəfərli onu da diqqətə çatdırıb ki, 2017-ci ildə qaz hasilatı artmayıb, əksinə 2,2% azalıb: “Bəs, niyə ixracat 12% artıb? Hə, bax, bəzən günlərlə, saatlarla evlərimizdə qaz kəsilirdi ha, ixracatın artmasının səbəbi məhz budur. Əhaliyə verilən qaza qənaət edib, xarici öhdəlikləri yerinə yetiriblər. Belə baxanda düz ediblər. Əhalinin qarşısında hökumətin nə öhdəliyi var ki?! Seçki yox, məsuliyyət yox, hesabatlılıq yox, amma xarici tərəfdaşlar qarşısında ciddi öhdəlikləri var. Öhdəlik də məsuliyyət yaradır. Məhz buna görə də hasilat azalsa da, ixracat artıb”.
 
Cavid, Muxalifet.az