​Hakimdən Əfqan Muxtarlı ilə bağlı QƏRAR

Baxış sayı:
3068

Jurnalist Əfqan Muxtarlı barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
Muxalifət.az xəbər verir ki, Şəki Apelyasiya Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən jurnalistin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Balakən rayon Məhkəməsinin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını isrtəyir.
İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuzkeçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb./axar.az/