Hakim Respublika Partiyası NİYƏ KARAPETYANI DƏSTƏKLƏMƏDİ?

Baxış sayı:
6745

Bu gün Ermənistanda vəziyyət bundan ibarətditr ki, üç siyasi qüvvə - iki parlament bloku və bir partiya Nikol Paşinyanın baş nazirlik postuna namizədliyini dəstəkləyir və hakim Respublikaçı Partiya (RP) bu işə etiraz etmir.
 
Bilindiyi kimi, RP-nin kifayət qədər parlamentdə səsləri var və 53 səslə bir namizədi nəzəri olaraq təklif edə bilər. Amma bununla belə burada da bəzi  suallar var. Belə ki, 53-ə qədər yetərli səsi olmasına baxmayaraq, bunlardan neçəsinin Karen Karapetyanın namizədliyinə səs verəcəyi bəlli deyil. Çünki onunla RP fraksiyası arasında problem var.
Belə ki, Serj Sarkisyanın baş nazir seçildiyi ilkin vaxtlarda Karen Karapetyanın dəstəklədiyi Ermənistan-Rusiya biznes qrupunun xalq nümayişlərində Nikol Paşinyana yardım etdikləri və dolayısı ilə baş nazir Serj Sarkisyanın əleyhinə gizli olaraq fəaliyyət göstərdikləri barədə imfiomasiyalar üzə çıxıb və bu haqda hakim RP nümayəndələri də məlumatlıdırlar.
Digər tərəfdən, Karen Karapetyanın namizədliyi irəli sürüldükdə, o zaman bir sıra ciddi səhvlərə yol verdi. Xüsusi ilə Rusiyaya yönəlik siyasi açıqlamalar və davranışlarla özünün baş nazirliyə gedən yolu bağladı.Çünki nəzərə alın ki, Rusiya yönlü bir baş nazirin olması xalq hərəkatında anti-Rusiya ovqatı yaradacaqdı ki, bunu da RP nümayəndələri istəmirlər. Ona görə ki, xalq hərəkatında anti-Rusiya ovqatının güclənməsi gələcəkdə həm RP rəhbərliyi, həm də Ermənistan dövləti baxımdan faciəli nəticələr doğura bilərdi.
Bundan başqa,  Karen Karapetyan bütün siyasi qüvvələr tərəfindən qəbul edilən ortaq namizəd olmadığı üçün onun baş nazir seçilməsi problemləri nəinki həll etməyəcəkdi, əksinə xalq hərəkatının daha radikal addımlar atmasına və bunun da Ermənistan dövləti üçün ciddi fəsadlara səbəb ola bilərdi.
Müxalifət.az