"HAKİM DAİRƏLƏR REAL GÖSTƏRİCİLƏRİ GİZLƏDİR" - Koronavirus xəstələrini müalicə edən həkimdən ŞOK AÇIQLAMA

Baxış sayı:
2101

Rusiya Həkimlər Birliyi ölkədə koronavirusla bağlı real vəziyyətin gizlədildiyini irəli sürüb.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə birliyin rəhbəri Anastasiya Vasilyeva açıqlama verib. O iddia edib ki, Rusiyada koronavirusa yoluxanların sayı çox olsa da, hakim dairələr real göstəriciləri gizlədir. Onun sözlərinə görə, koronavirus xəstələri “sətəlcəm” diaqnozu ilə qeydiyyata alınır.

Həkimləri real vəziyyəti gizlətməyə məcbur edirlər deyən Vasilyeva bunun daha ağır fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edib. O, koronavirusla mübarizədə tibbi ləvazimatların çatışmazlığından gileylənib./Publika.az