Hafiz Hacıyev canlı yayımda AYAQQABISINI ÇIXARDI: “On yerdən yamağı var, kostyumum da...”

Baxış sayı:
8368

Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda ayaqqabısını çıxardıb.
Partiya sədri maddi durumundan şikayətlənib:
"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".
H.Hacıyevin ayaqqabısını göstərəndən sonra bir neçə tamaşaçı ona ayaqqabı almaq təklifi edib. H.Hacıyev qarşılığında "Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər" - deyə bildirib. /"Yeni Sabah" /