Hafız Hacıyev avtoşluq etdiyi üçün saxlanılan "qızı"ndan DANIŞDI: "Mənim..."

"Mənim o adda qızım yoxdur. Yayılan məlumat da yalandır".
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
H.Hacıyev deyib ki, qızları hazırda ölkədə deyil:
“Qızlarımın ikisi də dövlət qulluqçusudur və hazırda xaricdə ezamiyyətdədir. Həmin xanımla da qohumluğum yoxdur. Azərbaycanda bir Hafiz Hacıyev yoxdur ki. O qədər bu adda, soyadda adam var ki. Görünür jurnalistlərimiz yazmağa mövzu axtarırlar. Ona görə də belə məsələni ortaya atıblar. Yəqin Hafiz Hacıyev adına nəsə qoşmaq istəyiblər, o da alınmayıb. Belə məsələlərdən də narahat olmuram”.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, H.Hacıyevin qızı Fidan Hafiz qızı Hacıyevanın gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib./Publika.az/