​Hadi Rəcəbli: "İnanın, elə an olmur ki, şəhid ailələrini düşünməyək"

Baxış sayı:
10786

"Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək".
Muxalifet.az report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, bu, qanunlarda da nəzərə alınır: "Təbii ki, bu addımların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Prezidentin və Birinci vitse-prezidentin istəyi zaman-zaman həyata keçir".
H.Rəcəbli qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir:
"Vətən uğrunda canından keçənlər bizim üçün əzizdir".