Hacıqabulda EV YANDI

Hacıqabulda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında ev əşyaları 4 m² sahədə yanıb. 
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.