Hacıqabulda DƏHŞƏTLİ YOL QƏZASI: 1 ölü, 3 yaralı

Baxış sayı:
3175

Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata gprə, hadisə Udulu kəndində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü Yusifov Vüsal Güloğlan oğlu və daha 1 nəfər xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən V.Yusifov orada ölüb.