​Hacıqabulda ağır qəza: iki nəfər öldü, dörd yaralı var

Baxış sayı:
9844

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobillə “KAMAZ”ın toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.