​Gürcüstanın kürəyinə saplanan erməni bıçağı

Baxış sayı:
6805

Sentyabrın 27-də Gürcüstan öz tarixinin ən qanlı və faciəli tarixlərindən birini – Suxuminin süqutunun 25-ci ildönümünü qeyd etdi. O illərdə Suxumi uğrunda Gürcüstana qarşı abxaz separatçıları ilə birlikdə həmçinin iki erməni batalyonu – dinc gürcü əhalisinə qarşı vəhşicəsinə qəddarlığı ilə tanınan “Krunk” və “Baqramyan adına batalyon”ları da vuruşurdu.
Muxalifet.az xəbər verir ki, separatçı Abxaziyanın rəhbəri Raul Hacimbanı “qələbə və müstəqillik günü” münasibətilə ilk təbrik edənlər sırasında Qarabağ separatçılarının lideri Bako Saakyan da olub. “Qardaş Abxaziya xalqının 25 il ərzində çətin, lakin qəhrəmanlıqlarla dolu yol keçdiyini” xatırladan Saakyan xalqın dövlət quruculuğu sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən uğurla gəldiyini, ölkəni durmadan möhkəmləndirdiyini və inkişaf etdirdiyini bildirib.
Bundan əlavə, artıq 29 sentyabrda Abxaziyaya Qarabağın separatçı rejiminin “xarici işlər naziri”nin rəhbərlik etdiyi nümayəndə heyəti gəldi. Həmin heyəti digər separatçıların lideri – “Abxaziya respublikası”nın rəhbəri Raul Hacimba qəbul etdi.
Heç kimə sirr deyil ki, Azərbaycanın işğal edilmiş torpaqlarındakı qondarma separatçı rejimin siyasəti Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən diktə edilir və rejim onun əlavəsi sayılır. Bako Saakyan vasitəsilə Ermənistan qonşu dövlət Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyinə qarşı hörmətsizlik nümayiş etdirir və bu, ermənilərin gizli niyyətlərindən xəbər verir. Ermənistanın separatçı Abxaziya və Cənubi Osetiyanı dəstəkləməsi onun Gürcüstanın Cavaxetiya regionuna qarşı ərazi iddialarının və qonşu dövlətlərin hesabına “Böyük Ermənistan” yaratmaq xülyasının aktuallığından xəbər verir.
Qeyd edək ki, Avropanın xəritələrində Abxaziya Gürcüstan ərazisi kimi göstərilib. Suxumidə sentyabrın 30-da genişmiqyaslı hərbi parad keçirilib, “ancaq Azadlıq meydanından heç bir gürcü əsgəri keçməyib, parad çərçivəsində bir dənə də olsun gürcü bayrağı dalğalanmayıb”, - köşə yazarı Uve Klussmannın “Der Şpigel” nəşrində dərc olunan məqaləsində deyilib.
Parad “Gürcü işğalçıları üzərində qələbənin 25 illiyi”nə həsr olunub. Gürcülərin qanı hesabına əldə olunan bu müstəqilliyini bütün dünyada Rusiyadan başqa sadəcə Nikaraqua, Venesuela, Suriya və ada dövləti Nauru tanıyıb.
“Hərbi-strateji baxımdan Abxaziya Rusiyanın protektoratı sayılır. Abxaziya ordusu 2.2 min hərbi qulluqçudan ibarətdir və silahlı qüvvələrinin baş qərargah rəisi də Rusiyanın general-leytenantıdır. Hərbi paradın təşkilində rus əlyazısı aydın şəkildə müşahidə olunurdu”, - Klussmann bildirib.
Müəllif Gürcüstan hökumətinin hələ də bu ərazilərə iddia etdiyini və Almaniya hökumətinin də Gürcüstanın mövqeyini dəstəklədiyini bildirib.