​Gürcüstanın hakim partiyasının prezidentliyə NAMİZƏDİNİN NƏ VAXT AÇIQLANACAĞI MƏLUM OLDU

Baxış sayı:
4258

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası prezidentliyə namizədini iyul və ya avqust ayında açıqlayacaq.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə parlamentin spikeri İrakli Kobaxidze bildirib. O deyib ki, namizədin adının açıqlanması hələ tezdir: “Namizədlə bağlı hələlik yalnız ilkin məsləhətləşmələr aparılıb. Müzakirələr davam edir və onların əsasında biz prezidentliyə namizədi seçəcəyik”.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.