Gürcüstanın dövlət naziri azərbaycanlıları təbrik etdi - NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ

Baxış sayı:
1744

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

O, Gürcüstanın etnik, dini və mədəni müxtəlifliyini ölkənin əsas nailiyyəti adlandırıb.

K. Tsixelaşvili bu müxtəlifliyin qorunub saxlanılması və möhkəmləndirilməsinin önəmini vurğulayıb: “Bu gün koronavirusun bütün dünyaya yayılması təhlükəsi olduğu bir çətin dövrdə sizin hamınıza möhkəm cansağlığı arzu edirəm. İnanırıq ki, biz bu problemin öhdəsindən birgə səylər və həmrəyliklə gələcəyik. Qoy, bu gün vətənimizə və hamımıza sülh, əmin-amanlıq və sevinc gətirsin”./report