​Gürcüstandan Bakıya gələn avtomobildə faciə - SƏRNİŞİN OTURDUĞU YERDƏ ÖLDÜ

Baxış sayı:
11098

Qazax-Bakı magistralı ilə Gürcüstandan Bakıya gələn avtomobildə ölüm hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, “Mercedes” markalı, BB 563 BH dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayonu ərazisində olarkən sərnişin, 1952-ci il təvəllüdlü İsmayılov Zahid Əhməd oğlu özünü pis hiss edib. Sürücü dərhal maşını saxlayaraq təcili tibbi yardım çağırıb. Lakin həkimlər gəlincə 66 yaşlı kişi ölüb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, ölən şəxs Gürcüstan vətəndaşıdır.