​Gürcüstandan Bakıya gələn avtobusda sərnişin vəfat etdi

Baxış sayı:
5518

Azərbaycana gələn Gürcüstan vətəndaşı avtobusda ölüb. 
Muxalifet.az “Qafqazinfo”-a istinaden xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib. Gürcüstandan Azərbaycana sərnişin daşıyan avtobusla Bakıya gələn Gürcüstan vətəndaşı, 1952-ci il təvəllüdlü İsmayılov Zahid Əhməd oğlu nəqliyyat vasitəsində keçinib.
Məlumata görə ona yaxın əyləşən şəxslər Z. İsmayılovun nəfəs almadığını görərək dərhal sürücüyə xəbər veriblər. Əraziyə tibbi yardım çağırılsada 66 yaşlı kişinin öldüyü məlum olub. Onun hansı səbəbdən dünyasın dəyişdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.