​Gürcüstanda XÜSUSİ ƏMƏLİYYAT: kriminal aləmin 20-dək üzvü SAXLANILDI

Baxış sayı:
13663

Gürcüstanın Poti və Senaki şəhərlərində polis xüsusi əməliyyat keçirib.
Nəticədə 20-yə yaxın şəxs saxlanılıb.
Saxlanılan şəxslər polis bölməsinə aparılıblar. Onların evlərində axtarışlar həyata keçirilib.
Xüsusi əməliyyatın detalları barədə hələ məlumat verilmir.
Saxlanılan şəxslərin kriminal aləmlə əlaqəli olduqları bildirilir./report