Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı

Baxış sayı:
1846

Gürcüstanda qripin ağır formasından ölənlərin sayı 15-ə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.
O bildirib ki, mövsümi qripdən ölənlərin 5-i Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin payına düşüb.
Mərkəz direktoru qeyd edib ki, qriplə bağlı xəstəxanalara yerləşdirmə halları 616-dan 845-ə qədər, reanimasiya şöbələrində olanların sayı isə 39-dan 44-ə qədər artıb.
Hazırda qonşu ölkədə 100 min sakinə 256 qripə yoluxan şəxs düşür.