​Gürcüstanda Qardabani sakinləri hakim partiyanın namizədinə ETİRAZ EDİR

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda bir qrup sakin etiraz aksiyası keçirib.
APA-nın yerli bürosunun məlumatına görə, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” Partiyasının Qardabani rayon icra başçısı vəzifəsinə namizədi Ramaz Budaqaşvilinin namizədliyinə etiraz ediblər.
Sakinlər qarşıdan gələn yerli idarəetmə orqanları seçkilərində R. Budaqaşvilinin namizədliyini dəstəkləməyəcəklərini bildiriblər. Onlar hakim partiyadan rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər. Etirazçıların  sözlərinə görə, Q. Camaraulinin rəhbərliyi altında Qardabani rayonunda ciddi işlər görülüb. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, aksiyalar davam etdiriləcək.
 Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.