Gürcüstanda parlament seçkiləri təxirə salına bilər - KORONAVİRUSA GÖRƏ

Baxış sayı:
1656

“Gürcüstanda builki parlament seçkiləri ölkədə fövqəladə vəziyyətin ləğvindən 6 ay sonra keçiriləcək”.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin xüsusi iclasında çıxışında bildirib.

O, seçkilərin müddətinin dəyişdirilməməsi üçün fövqəladə vəziyyətin qoyulan vaxtda başa çatacağına ümid etdiyini deyib.

Qeyd edək ki, koronavirusla bağlı qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan olunub. Parlament seçkilərinin oktyabrda keçirilməsi planlaşdırılıb./Report