​Gürcüstanda nazir müavininin üstünə baner aşdı - Kuryoz hadisə

Baxış sayı:
14167

Gürcüstanın Batumi şəhərində inşa olunacaq Qafqaz Universitetinin təqdimat mərasimində kuryoz hadisə baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze tribunada çıxış edərkən arxada yerləşdirilən baner onun üzərinə aşıb.
Nazir müavini tribunadan vaxtında uzaqlaşıb və heç bir xəsarət almayıb.
Baner yerinə möhkəmləndiriləndən sonra İ.Abuladze çıxışına davam edib. O deyib ki, banerin aşması layihənin uğurlu olacağına işarədir.
Qeyd edək ki, Batumidə Qafqaz Universiteti və ali məktəbin kampusu üç il ərzində inşa olunacaq.