​Gürcüstanda NATO təlimləri başlayır

Baxış sayı:
2884

Bu gün Gürcüstanda NATO və alyansın tərəfdaşlarının çoxmillətli hərbi təlimləri – “Noble Partner 2018″ başlayır.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təlimlərdə 13 ölkədən (Gürcüstan, Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Ermənistan) 3 minə yaxın hərbçi iştirak edəcək.
Avqustun 15-dək davam edəcək təlimlərdə ümumilikdə, təqribən, 140 ədəd hərbi texnikadan istifadə olunması planlaşdırılır.