Gürcüstanda koronavirusun yeni ştammı aşkarlandı

Baxış sayı:
1079

Gürcüstanda koronavirusun yeni ştammına ilk yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Yoluxan şəxs 50 yaşdan yuxarı kişidir, hazırkı vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. O, cəmiyyətdən təcrid olunub.