Gürcüstanda koronavirusa yoluxanların sayı 600 nəfəri ötdü

Baxış sayı:
3219

Gürcüstanda koronavirusa 12 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 604-ə çatıb. Onların 240-ı sağalıb, 9-u isə ölüb.

Hazırda ölkə üzrə karantində 4 887, stasionar nəzarətdə isə 500 nəfər saxlanılır. Türkiyə və Ermənistandan Gürcüstana gətirilən 3 vətəndaş da vətəndə müalicə olunur.