​Gürcüstanda kömür mədənində uçqun olub – ÖLƏNLƏR VAR

Baxış sayı:
4087

Gürcüstana Tkibuli şəhərində yerləşən Mindeli kömür mədənindəki tunnellərdən birində divarların deformasiyası nəticəsində dam uçqunu baş verib. Nəticədə 6 fəhlə ölüb, 3-ü isə xəsarət alıb.
APA-nın xəbərinə görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti sabit ağır qiymətləndirilir. Mədəndə olan digər şəxslər isə təhlükəsiz yerə köçürülüb.
Faktla bağlı istintaq aparılır. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hadisə yerinə yola düşüb.