Gürcüstanda hökumət əleyhinə mitinqlərin arxasında dayanan SƏBƏB
Zaur Məmmədov: "Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir"
"Tiflisdə 20 iyun hadisələrinin baş verməsinin əsl səbəbi, plana əsasən 2020-ci ildə tikilməsi başa çatmalı olan Anakliya limanıdır. Qısacası bildirim ki, son zamanlar İvanişvilin hökumətinin gah nala, gah mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi və gətirdi də". Hurriyyet.org-un məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloq bu qənaətdədir ki, artıq Gürcüstan çox həssas dövrə qədəm qoyub: "Krımla bağlı hədəfi baş tutmayan Vaşinqtonun planına əsasən Anakliyada amerikan hərbi bazası olacaq və o baza Rusiya ilə İranı hədəfə alacaq. Tiflisin planına əsasən isə, iqtisadi port kimi Anakliya Gürcüstana ildə 1 milyard gəlir verəcək. Bəs Rusiya nə edəcək? Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir. Belə çıxır kı, Kreml qarşısında bir yol qalır: Nəyin bahasına olursa-olsun buna izin verməmək. Solovyovun çıxışı da buna işarə edirdi".