Gürcüstanda fövqəladə vəziyyət elan olundu / YENİLƏNİB - 2

Baxış sayı:
2366

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə aprelin 21-dək fövqəladə vəziyyətin elan edilməsini dəstəkləyib.

Dövlət başçısı bu barədə canlı video müraciətində bildirib.

S.Zurabişvili fövqəladə vəziyyətin elan olunmasına dair sənədi imzalayıb.

Sənəd təsdiqlənməsi üçün Gürcüstan parlamentinə təqdim olunacaq. Qanunverici orqan bu gün saat 16:30-da xüsusi iclas keçirəcək./Report

***

Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

O deyib ki, bu vəziyyət aprelin 21-dək qüvvədə olacaq.

Baş nazir artıq ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.

Gürcüstanda bu vəziyyətin elan olunması üçün parlamentin dəstəyi tələb olunur. Qanunverici orqan bu gün xüsusi iclas keçirəcək.

***

Gürcüstanda daha üç nəfərə koronavirus diaqnozu qoyulub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla qonşu ölkədə koronavirus daşıyıcılarının sayı 47-yə çatıb.

Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır.

Qeyd edək ki, koronavirusa yoluxan şəxslərdən biri tam sağalaraq evə buraxılıb.