Gürcüstanda da məktəblərdə tətilin müddəti uzadıldı - 21 APRELƏDƏK

Baxış sayı:
1257

Gürcüstanın bütün təhsil müəssisələrində koronavirusla bağlı elan olunan tətilin müddəti aprelin 21-dək uzadılıb.

Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Ali məktəblərə distant təhsilin müxtəlif formalarından istifadə tövsiyə edilib.

Qeyd edək ki, bundan öncə qonşu ölkənin təhsil ocaqlarında tətil aprelin 1-dək elan olunmuşdu.