Gürcüstanda azərbaycanlılar ayağa qalxdı - Etiraz

Baxış sayı:
8536

Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.
Mualifet.az-ın report-a istinadən məlumatına görə, sakinlər Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulunun 20 tetriyə belə satılmadığını bildirir.
Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb:
“Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.
Məhsul istehsalçıları etiraz əlaməti olaraq çoxlu sayda pomidoru ayaq altına ataraq məhv ediblər