Gürcüstana gedənlər üçün məcburi karantin müddəti endiriləcək - 1 SAAT YOXLAMA OLACAQ VƏ...

Baxış sayı:
1453

"Gürcüstan sərhədlərində koronavirusla bağlı yoxlama prosesinin müddəti 1 saat təşkil etməlidir".

Bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər bu müddət 14 gün və ya 24 saat təşkil edib: “Artıq bütün bu proses 1 saat ərzində olmalıdır. Bunun üçün Səhiyyə Nazirliyinin lazımı resursları var”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən etibarən sərhədlərini xarici turistlər üçün açacaq.