"Gürcüstan vətəndaşlarına Avropa qapıları bağlıdır" - Nazirdən ŞOK AÇIQLAMA

Baxış sayı:
256

Gürcüstan vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrində sığınacaq tapmaq şansı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.
O, vətəndaşlara bu yöndə vəsaitlərini hədər yerə xərcləməməyi tövsiyə edib:
“Xalqa xitab edirəm: Avropaya sığınmaq üçün bütün cəhdlər hədərdir. Onların tələbləri sıfıra endirilib: Hədər yerə bilet almayın. Çünki bu, sizə zərər verəcək”.