Gürcüstan vətəndaşları hansı ölkələrə vizasız gedə bilir?

Baxış sayı:
10960

Gürcüstanda vətəndaşların hansı ölkələrə vizasız səfər edə bilməsinə dair hesabat açıqlanıb. Hesabatda göstərilir ki, Gürcüstan vətəndaşları 58 ölkəyə vizasız səfər edə bilirlər. Bu ölkə vətəndaşlarının keçmiş SSRİ məkanında Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya və Ukraynaya vizasız 90 günlük səfər etmək, Ermənistanda 6 ay, Tacikistan və Özbəkistanda isə istədikləri qədər qalmaq imkanı var. Gürcü pasportu ilə İranda 45 gün, Türkiyədə 90 gün vizasız qalmaq olar. Gürcüstanlılar Avropa İttifaqının bütün ölkələrinə, həmçinin ittifaqa üzv olmayan bir sıra Avropa ölkələrinə vizasız səfər edə bilirlər. Bu ölkələrin bir çoxunda onların 90 gün vizasız qalmaq imkanları var. Gürcüstan vətəndaşlarının İsrail, İndoneziya, Malayziya, Argentina, Braziliya, Kolumbiya, Panama, Çili, Uruqvay, Ekvador və Dominikana da vizasız gediş-gəliş hüququ var(novator.az).