Gürcüstan Prezidenti Qaxa getdi - FOTO

Baxış sayı:
9268

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gedib.
AzərTAc xəbər verir ki, Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Muxalifet.az xatırladır ki, Salome Zurabişvili bundan əvvəl Gürcüstanın Bakıdakı səfirliyində Azərbaycandakı gürcü diasporunun, eləcə də burada yaşayan gürcü tələbələrinin və iş adamlarının nümayəndələri ilə görüşüb.