​Gürcüstan həbsxanalarında neçə azərbaycanlı var?

Baxış sayı:
6319

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 94 nəfər saxlanılır. Muxalifet.az Report-a istinadən xəbər verir ki, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 21-i təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 20-si kişi, 1-i qadın, məhkumların isə 65-i kişi, 8-i qadındır. Azərbaycan vətəndaşları Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 16%-ni təşkil edir. Gürcüstanda 46 ölkənin, ümumilikdə, 588 vətəndaşı həbs cəzası çəkir ki, Türkiyə vətəndaşları onların arasında 124 nəfərlə birinci yerdədir. Qonşu ölkənin cəzaçəkmə müəssisələrində 118 İran, 75 Rusiya, 27 Ermənistan vətəndaşı saxlanılır.