​Gürcü xalqı onların sifariş etdiyi havaya oynayır - Saakaşvili

Baxış sayı:
2788

Fransanın eks-prezidenti Nikolya Sarkozinin Salome Zurabişvilinin inauqurasiyasına gəlməsi, Gürcüstanda kimin hökmran olduğunu göstərir.
Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“Son illər Nikolya Sarkozi ona ödəniş edilən yerlərə gedir. Xüsusilə, ruslar ona öz maraqlarına uyğun tədbirlərə görə ödəniş edirlər. İnauqurasiyada olacaq az sayda qonaq fonundan Sarkozinin ortaya çıxması, Gürcüstanda musiqini kimin sifariş verdiyini və gürcü xalqını kimin havasıyla məcburi oynatmağa çalışdıqlarını göstərir” – deyə o bildirib./Axar