​Gürcü məmurlara QARA RƏNGLİ "Cip" qadağan edildi

Baxış sayı:
5164

Gürcüstan hökuməti dövlət qulluqçuları üçün nəzərdə tutulan qara rəngli avtomobillərdən istifadəyə qadağa qoyub.
Muxalifət.az bildirir ki, bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Daha əvvəl baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa və tədricən ekoloji təmiz nəqliyyata keçməyə çağırıb.
Dəyişikliklərə əsasən, aprelin sonuna qədər bütün nazirliklər və dövlət orqanları iqtisadi baxımdan daha səmərəli avtomobil modelləri nəzərə alınmaqla avtoparkının optimallaşdırılması üzrə plan təqdim etməlidir.