​Günəş tutulması olmayacaq: Ay Yerdən uzaqlaşır

Yaxın gələcəkdə Günəş tutulması demək olar ki, baş tutmayacaq.
Muxalifet.az xəbər verir ki, Günəş sistemini araşdıran araşdırmaçılar belə nəticəyə gəliblər. Onların fikrincə, bu hadisənin itməsi tədricən baş verəcək. Alimlər artıq indidən Günəş tutulmalarının sayının azalmağa başladığını və 630 milyon ildən sonra Ayın Günəşin üstünü örtməsi halının tamamilə yox olacağını söyləyiblər. Buna səbəb kimi isə Yerin təbii peykinin planetimizdən tədricən ayrılmağa başlaması göstərilib.