​GÜNEYDƏ MİTİNQLƏRƏ ÇAĞIRIŞ EDİLDİ

Baxış sayı:
1058

Güney Azərbaycanda bugünə mitinq çağırışı edilib.
Muxalifət.az xəbər verir ki, sosial şəbəkələrdə etiraz aksiyalarının yanvarın 4-də keçirilməsi istənilib.
 “Azərbaycan naminə və tapdalanmış hüquqlarımızın təmin olunması üçün təşkilat mənsubiyyəti olan və olmayan fəallar yanvarın 4-dən bütün Güney Azərbaycan şəhərlərində keçiriləcək aksiyaya dəvət olunur. Aksiyalar Azərbaycan türk millətinə edilən zülmlər, ana dilimizdə təhsil, Urmiya gölünün bərpası və s. kimi məsələlərə görə önəmlidir və keçiriləcək aksiyaların mehvəri, ümumiyyətlə, Azərbaycan olacaq.
Etirazlar yanvarın 4-dən (cümə axşamı günü) başlayaraq, hər gün saat 16:00-da şəhərlərin mərkəzi xiyabanı, Təbrizdə isə Rasta küçəsində keçiriləcək. Hər kəs aksiyalara qoşularaq tam mədəni şəkildə etiraz bildirməyə dəvət olunur”, - çağırışda bildirilib.
Qeyd edək ki, dekabrın 28-dən İranda başlayan aksiyalara Cüney Azərbaycan demək olar ki, qoşulmayıb. Güneylilər bu aksiyaları islahatçılar və mühafizəkarlar arasındakı mübarizə kimi qəbul edirlər.