​Güləşçimiz Avropa çempionatının finalında

Baxış sayı:
5680

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
Muxalifet.az xəbər verir ki, iyunun 8-də 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Mübarizəyə dörddəbir finaldan başlayan Asxab Həmzətov (92 kq) Bolqarıstan idmançısına rahat qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı həmkarına da şans verməyən Balakən güləş məktəbinin yetirməsi adını finala yazdırıb. A.Həmzətov iyunun 9-da həlledici qarşılaşmaya çıxacaq.
Yetmiş dörd kiloqram çəki dərəcəsində yarışan Nəsib İsayev Polşa təmsilçisi ilə görüşdə 0:4 hesabı ilə məğlub olaraq geri düşsə də, o, əzmkarlıq nümayiş etdirib, ardıcıl 10 xal qazanıb və dörddəbir finala yüksəlib. Ancaq idmançımız bu mərhələdə Rusiya güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün N.İsayev iyunun 9-da təsəlliverici görüşdə mübarizə aparacaq.
Digər idmançımız Fuad Mayılov (86 kq) debütdə Gürcüstan pəhləvanına uduzub. Fuadın da rəqibi finaladək irəliləyib. Beləliklə, F.Mayılov da iyunun 9-da təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
Güləşçimiz İslam Abuyev (125 kq) ilk görüşdə İsveç idmançısından güclü olub. İslam daha sonra Ermənistan idmançısına qalib gələrək yarımfinala adlayıb. Ancaq İ.Abuyev finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olub. Yığmamızın üzvü iyunun 9-da bürünc medal uğrunda güləşəcək.