Gülnarə Kərimovanın pulları ilə bağlı açıqlama

Baxış sayı:
1891

Özbəkistan Ədliyyə Nazirliyi mərhum dövlət başçısı İslam Kerimovun qızı Gülnara Kərimovanın xaricdəki mal varlığının qaytarılması ilə bağlı işlərin davam etdiyini ifadə edib.
 
Ədliyyə Nazirliyi həbsxanadakı Kərimovanın səhhətinini və xaricdəki mal varlığının ölkəyə qaytarılması ilə bağlı yazılı açıqlama verib.
Kərimovanın mal varlığının ölkəyə qaytarılması ilə bağlı müzakirə və işlərin milli və beynəlxalq hüquq normalarına uyğun olaraq hökumət səviyyəsində davam etdirildiyi ifadə edilib: "Bu mal varlıqlarına xarici ölkə hökümətləri tərəfindən əl qoyulduğu üçün malların qaytarılması Kerimovanın və ya ailə üzvlərinin nəzarətində deyil".
Açıqlamada, həbsxanadakı Kərimovanın hər hansı bir sağlıq probleminin olmadığı qeyd edilib.
Daşkənd yaxınlarındakı bir həbsxanada tutulan Gülnara Kərimova keçən həftə qızı İman Kərimovanın sosial media hesabı üzərindən etdiyi açıqlamada, 1,2 milyard dollar dəyərindəki sərmayələrinin dövlətin nəzarətinə keçdiyini, 131 milyon dollar dəyərindəki pulun geri gətirilməsi üçün işlərin davam etdiyini, 555 milyon dollarlıq pul üçün də cəhdlərinin başladığını ifadə etmişdi.
Qeyd edək ki, Özbək məhkəməsi tərəfindən 2017-nin dekabrında sui-istifadə, rüşvət, fırıldaqçılıq, ticarət və gömrük qaydalarını pozmaq ittihamı ilə 10 il həbsə məhkum edilən Gülnara Kərimovanın cəza müddəti haqsız əldə etdiyi gəlirləri və dövlətə verdiyi zərəri geri ödəməyi qəbul etməsiylə  2018-in iyulunda 5 ilə endirilmiş və cəzası ev həbsinə çevrilmişdi.
Kərimova martda ev həbsi şərtlərini pozduğu səbəbiylə təkrar həbsxanaya göndərilmişdi.
Müxalifət.az